𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.6%2.6K avg views
Posting 81.0/day last 7 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Vəzifəsindən uzaqlaşdırılan Ərdoğanın müşaviri Azərbaycandan üzr istəməkdən imtina edir Azərbaycanda hicab qadağasını tənqid etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsindən ayrılmaq məcburiyyətində qalan Oqtay Saral istefasının səbəbləri ətrafında yaranmış mübahisələrlə bağlı yeni açıqlamalar verib. O, əvvəlki bəyanatlarına görə heç bir üzrxahlıq etməyəcəyini bildirib. Saral eyni zamanda vəzifəsindən ayrılmasının investisiya fondları ilə bağlı aparılan araşdırmalarla əlaqəli olduğuna dair iddiaları təkzib edib. “Sözcü” qəzetinə müsahibəsində Saral Azərbaycan dövlətini və ya xalqını təhqir edən hər hansı açıqlama verdiyini inkar edib. O vurğulayıb ki, üzr istəməsi üçün heç bir səbəb yoxdur. Azərbaycan hökumətinə yaxın olduğu bildirilən “Middle East Eye” saytının yayımladığı məlumatlara görə, Bakı rəhbərliyi Saralın açıqlamalarından sonra Ankaradan onun vəzifədən uzaqlaşdırılmasını tələb edib. Xatırladaq ki, Oqtay Saral daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanda hicablı şagird qızların təhsil hüququndan məhrum edilməsini tənqid etmişdi. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K4 Nov 14:1813 Nov 15:493.1K4 Nov 14:18: 0 views13 Nov 15:49: 3,100 views
Snapshots we took after posting.
WhenViews
4 Nov 2026, 14:180
13 Nov 2026, 15:493.1K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.