𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.6%2.6K avg views
Posting 80.9/day last 35 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
edited

❗️❗️❗️ Masallıda hicablı qadınların təhsil və əmək fəaliyyətinə məhdudiyyətlər qoyulduğu iddia edilir Masallı rayonunda hicablı qadınların təhsil alması və işləməsi ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunduğuna dair məlumatlar yayılıb. Daxil olan məlumata görə, rayonda ev şəraitində qadınlara dərzilik öyrədən bir xanım fəaliyyətini dayandırıb. Bildirilir ki, dərslərin dayandırılması rəsmi olaraq sağlamlıq problemləri ilə izah edilsə də, əsl səbəbin dərslərdə iştirak edən qadınların əksəriyyətinin hicablı olması ilə əlaqəli olduğu iddia edilir. Məlumata əsasən, dərslər hər hansı rəsmi kurs çərçivəsində deyil, fərdi qaydada, ev şəraitində keçirilirmiş. Tədrisin dayandırılması nəticəsində həmin qadınlar dərzilik öyrənmək imkanından məhrum qalıblar. Digər məlumat isə rayonda fəaliyyət göstərən ədviyyat qablaşdırma müəssisəsi ilə bağlıdır. İddia olunur ki, müəssisə rəhbəri hicablı qadın işçilərə onların adlarının müvafiq yuxarı instansiyalara təqdim edildiyini və yaxın vaxtlarda işdən çıxarılmağa hazır olmalarını bildirib. Mənbənin sözlərinə görə, müəssisə rəhbəri də bu qərarın tərəfdarı deyil, lakin onun müəyyən təzyiqlər qarşısında belə davranmağa məcbur olduğu iddia edilir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K4 Nov 10:1913 Nov 15:493K4 Nov 10:19: 0 views13 Nov 15:49: 3,030 views
Snapshots we took after posting.
WhenViews
4 Nov 2026, 10:190
13 Nov 2026, 15:493K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.