🔠Sionist rejimin müxalifəti Netanyahu olmadan kabinet formalaşdırmaq barədə razılığa gəldiklərini açıqladı Sionist rejimin müxalifət partiyalarının liderləri görüş keçirərək Binyamin Netanyahunu birlikdə hakimiyyətdən uzaqlaşdırmaq və yeni hökumət qurmaq barədə razılığa gəldilər. Bu razılaşmaların bir hissəsi olaraq, partiyalar işğalçı İsrail müharibə qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eysenkotu dəstəklədiklərini bildirdilər. Müxalifət lideri Yair Lapid danışıqlardan sonra bildirib ki, sionist rejimi məğlubiyyəti qəbul etmək istəməyən mövcud hökumət tərəfindən "seçki nəticələrini ləğv etmək üçün təhlükəli cəhd"lə üzləşir. "Şin Bet Təhlükəsizlik Xidmətinin rəhbərindən və Mərkəzi Seçki Komissiyasından alınan kəşfiyyat məlumatları seçkilərin ədalətli keçirildiyini və onların ləğvi üçün heç bir əsas olmadığını təsdiqləyir. Son günlərin hadisələri bir daha xatırladır: Netanyahu və tərəfdarları baş nazirin ofisini tərk etməlidirlər - onlar artıq kifayət qədər ziyan vurublar", - Lapid vurğulayıb. Öz növbəsində Qadi Eysenkot, ABŞ prezidenti Donald Tramp belə bir xahiş etsə belə, Netanyahunun rəhbərliyi altında hər hansı bir kabinetdə xidmət etməkdən imtina etmək niyyətində olduğunu açıqlayıb. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin