⚡️Azərbaycan: Türkiyədən gələn “koordinasiyalı informasiya hücumları” güclənir Azərbaycanın dövlət televiziyası AzTV-də yayımlanan proqramda ölkənin Türkiyə tərəfindən gözlənilməz “informasiya və ideoloji hücumlara” məruz qaldığı iddia edilib. Azərbaycanda hicab qadağası səbəbindən başlayan və Türkiyədən səsləndirilən tənqidlərlə daha da genişlənən mübahisələr fonunda AzTV-nin “Həftə” proqramında Azərbaycan Prezidenti İlham Əliyevin milli birlik, müstəqillik və ideoloji təhlükəsizliklə bağlı açıqlamalarına yer verilib. Proqramda həmçinin ölkənin daxili işlərinə xarici müdaxilələrlə bağlı iddialara toxunulub. Proqramda Azərbaycana qarşı yönəlmiş ideoloji hücumların 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsindən sonra artdığı bildirilib. Aparıcı bu cür fəaliyyətlərlə məşğul olan qüvvələr arasında Avropa ölkələrinin ön sırada dayandığını qeyd edərkən Türkiyəni də həmin siyahıya daxil edib. #Hicaba_azadlıq #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA