𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.6%2.6K avg views
Posting 80.5/day last 28 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 İranın Azərbaycan sərhədi yaxınlığında hərbi fəallığı Qonşu dövlətlərin sərhədləri yaxınlığında aparılan hərbi hazırlıqlar, xüsusilə də ölkələr arasındakı münasibətlərin qarşılıqlı ittihamlar və regional qeyri-sabitlik səbəbindən mürəkkəbləşdiyi şəraitdə, nadir hallarda diqqətdən kənarda qalır. Belə ki, İranın Azərbaycanla həmsərhəd rayonlarında, Araz çayının cənub sahilində hərbi texnikanın və ballistik raketlərin buraxılış qurğularının hərəkəti müşahidə edilib. Açıq hərbi qarşıdurma hər iki tərəf üçün son dərəcə əlverişsizdir. Azərbaycan genişmiqyaslı müharibəyə cəlb olunmaq və enerji-xammal infrastrukturunun təhlükə altına düşməsi riski ilə üzləşə bilər. İran isə şimal sərhədində daha bir cəbhə açmaq məcburiyyətində qala bilər. Bununla yanaşı, Azərbaycan–sionist rejim arasında sıx əməkdaşlıq və Azərbaycan ərazisindən İrana qarşı əməliyyatların həyata keçirilməsi üçün istifadə olunduğuna dair şübhələr artıq tərəflər arasında qarşılıqlı etimadsızlığın yaranmasına səbəb olub. Tərəflər indiyədək bir-birinin media kampaniyaları, dini və etnik siyasəti, eləcə də sionist rejimə münasibəti ilə bağlı dəfələrlə qarşılıqlı ittihamlar səsləndiriblər. Buna görə də gərginlik daha da artarsa, münaqişəyə bəhanə tapmaq uzun çəkməyəcək. Sərhəddə baş verə biləcək istənilən insident və ya qarşı tərəfin düşmənlərinə yardım göstərilməsi ilə bağlı növbəti ittiham müharibəni alovlandıran qığılcıma çevrilə bilər. Fars körfəzində münaqişə başlayandan bəri həm Bakı, həm də Tehran gərginliyin qarşısını almaqda maraqlı olduqlarını nümayiş etdiriblər. Lakin bu, əsas təhlükələri aradan qaldırmır. Heç bir tərəfin istəmədiyi müharibə yanlış hesablamalar, təxribatlar və ya İrana təzyiq göstərmək üçün daha bir hərbi-strateji dayaq məntəqəsinin yaradılmasında açıq şəkildə maraqlı olan üçüncü qüvvələrin fəaliyyəti nəticəsində başlaya bilər. Mənbə: Rybar ✡️ Abunə olun

Views over time

01K2K3K3 Nov 10:2813 Nov 15:492.7K3 Nov 10:28: 0 views13 Nov 15:49: 2,680 views
Snapshots we took after posting.
WhenViews
3 Nov 2026, 10:280
13 Nov 2026, 15:492.7K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.