☄️İsrail KİV: İsrail ordusu Qəzzadakı hərbi bazalarını pilotsuz uçuş aparatlarından (dronlardan) qorumaq üçün yeni müdafiə tədbirləri görməyə başlayıb. İsrailin 12-ci telekanalının məlumatına görə, sərhəd yaxınlığındakı üç hərbi mövqenin üzərinə dron hücumlarının qarşısını almaq üçün xüsusi qoruyucu torlar quraşdırılıb. İsrail ordusu yaxın aylarda bütün hərbi mövqelərini bu torlarla qorumağı planlaşdırır. Buna səbəb Livanda baş verən döyüşlər zamanı dronların İsrail ordusu üçün ciddi təhlükə yaratmasıdır. İsrail xüsusilə fiber-optik kabellə idarə olunan dronlardan ehtiyat edir. Bu dronlar radio siqnalları ilə deyil, xüsusi kabellərlə idarə olunduğundan onları elektron müdaxilə ilə dayandırmaq daha çətindir. İsrail ordusu belə dronların yaxın gələcəkdə Qəzzaya gətirilə biləcəyindən narahatdır. Lakin indiyədək Qəzzada bu tip dronlardan istifadə qeydə alınmayıb. Baş Qərargah rəisi Zamirin göstərişinə əsasən, əvvəlcə Livandakı, daha sonra isə Qəzzadakı İsrail hərbi mövqeləri xüsusi qoruyucu torlarla təchiz ediləcək. #Qəzza #Fələstin #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo