☄️🇮🇷🇷🇺 Rusiya Xarici İşlər Nazirliyi İran xalqının qətiyyətini hərbi təcavüz yolu ilə qırmağın mümkün olmadığını bildirib. Son ayların təcrübəsi açıq şəkildə göstərir ki, ABŞ və Sionist rejimin heç bir hərbi avantürası İran xalqının dövlət suverenliyini və müstəqilliyini qorumaq əzmini qıra bilməz. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. "Bu gün yeni zərbələr endirməklə hədələyənlər bu faktı dərindən başa düşməlidirlər. Təxribat hədəfinə çevrilmiş İran ətrafındakı vəziyyət son dərəcə mürəkkəb olaraq qalır və Yaxın Şərqdəki digər böhran prosesləri ilə birbaşa əlaqəlidir", - deyə diplomat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirib. Zaxarova vurğulayıb ki, Moskva diplomatik səylərin gücləndirilməsini fəal şəkildə müdafiə edir, vasitəçilərin işini dəstəkləyir və vəziyyəti normallaşdırmaq üçün danışıqlarda özü iştirak edir. Diplomat həmçinin sahil ölkələrinin və beynəlxalq ictimaiyyətin qanuni maraqlarını nəzərə alaraq Hörmüz boğazında normal və təhlükəsiz naviqasiyanın tez bir zamanda təmin edilməsinin vacibliyini vurğulayıb. #İran #Rusiya Abunə olun 🟢 Ar-Rad İnfo