𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.6%2.6K avg views
Posting 80.3/day last 8 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Azərbaycan mediası Türkiyənin BMT baş katibliyinə namizədini hədəfə alıb Azərbaycanın rəsmi mediası Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədi Fəridun Sinirlioğlunu hədəfə alıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəridun Sinirlioğlunun namizədliyini irəli sürən məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sədrlərinə təqdim edib. BMT-nin hazırkı Baş katibi Antoniu Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatacağı üçün Türkiyə keçmiş xarici işlər naziri Fəridun Sinirlioğlunun bu yüksək vəzifəyə namizədliyini dəstəkləmək məqsədilə diplomatik təmaslar aparır. Bu arada Azərbaycanın Xarici İşlər Nazirliyi sözçüsü Ayxan Hacızadə vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nüseybənin namizədliyini alqışladığını açıqlayıb. Yalnız bundan sonra Türkiyənin namizədliyini də alqışlayıb. Məsələ ətrafında mediada müzakirələr başlayıb. Bəzi məlumatlarda bu addımın səbəbi kimi Əbu-Dabinin öz namizədinin dəstəklənməsi üçün Bakıdan rəsmi şəkildə müraciət etməsi, Ankaranın isə belə bir müraciət ünvanlamaması göstərilib. Azərbaycanın dövlət informasiya agentliyi isə diplomatik tənqid çərçivəsindən kənara çıxaraq Sinirlioğluna qarşı şəxsi və siyasi hücuma keçib. Agentlik Sinirlioğlunun özlərini aristokratik təbəqəyə mənsub hesab edən və “təkəbbürlülər” adlandırılan bir qrupa aid olduğunu bildirib. Qeyd edilib ki, bu təbəqənin nümayəndələri uzun illər Türkiyə Xarici İşlər Nazirliyində möhkəmlənərək özlərini cəmiyyətdən üstün tutub, xalqın dəyərlərindən uzaqlaşıblar. Agentliyin iddiasına görə, tarixən bu təbəqə Azərbaycana və türk dünyasına qarşı yuxarıdan aşağı baxan, təkəbbürlü münasibəti ilə seçilib. #BMT #BƏƏ #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K2 Nov 14:2613 Nov 15:492.6K2 Nov 14:26: 0 views13 Nov 15:49: 2,620 views
Snapshots we took after posting.
WhenViews
2 Nov 2026, 14:260
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.