⚡️Qəzzada şəhidlərin sayı 74.594-ə çatıb, Qərb Şəriyədə isə həbslər davam edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində işğalçı qüvvələrin hücumlarında altı nəfər, çadır yanğınında daha iki körpə dünyasını dəyişib. Soyqırım müharibəsinin başlanğıcından bəri şəhidlərin ümumi sayı 74.594-ə çatıb. BMT-nin xüsusi nümayəndəsi Kris Sidloti bildirib ki, Qəzzada uşaqların öldürülməsi İsrailin tam dağıdıcılığa və uşaqların hədəfə alınmasına əsaslanan hərbi strategiyasının nəticəsidir. Qərb Şəriyədə Nablus, Salfit və Əl-Xəlildə beş nəfər yaralanıb, qadınlar və jurnalist Mara Auda da daxil olmaqla 30-dan çox insan saxlanılıb. Əl-Xəlil meri bildirib ki, şəhər hələ də işğal altındadır və kollektiv cəzaya məruz qalır: 3300 sakin evlərindən qovulub, daha 1500 nəfər isə tələyə düşüb və hərəkət edə bilmir. Fələstin mediası həmçinin bildirib ki, son bir həftə ərzində işğalçı qüvvələrin himayəsi altında 1200 məskun Əl-Əqsa məscidinə soxulub. #Fələstin #İşğalçı_Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad Fələstin