⚡️⚡️⚡️⚡️⚡️ ☄️İmam Müctəba Xameneindən yüksək rütbəli hərbi komandirlərə düşmənin istənilən mümkün təhdidi ilə bağlı göstəriş: Dərhal, təsirli və heç bir coğrafi məhdudiyyət olmadan cavab verilməlidir. 🔹 Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah İmam Seyid Müctəba Xamenei ilə görüşüblər. 🔹 İslam İnqilabının Rəhbəri bu görüşdə «düşmənlərə qarşı güclü mübarizə aparmaq üçün ağıllı döyüş hazırlığını» «maksimum çəkindirmə gücünün» əsas şərtlərindən biri kimi qiymətləndirib. O, istənilən səviyyədə və istənilən növdə təhdidə dərhal, təsirli və heç bir coğrafi məhdudiyyət olmadan cavab verilməsi barədə göstəriş verib. 🔹 İmam Seyid Müctəba Xamenei vurğulayıb: «Əgər düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlasalar, onların nə vaxt və hansı şərtlərlə başa çatacağını İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı müəyyən edəcək». 🔹 Silahlı Qüvvələrin Ali Baş Komandanı həmçinin hərbi kəşfiyyat sisteminin gücləndirilməsinin, «doktrina» və «taktika» sahələrində yerli müdafiə imkanlarının inkişaf etdirilməsinin, müasir texnologiyalardan istifadə etməklə müdafiə və təhlükəsizlik qabiliyyətlərinin artırılmasının, mənəvi gücün və cihad ruhunun möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda Silahlı Qüvvələrin şəxsi heyətinin məişət və dolanışıq ehtiyaclarının təmin edilməsi, eləcə də onlara dəstəyin gücləndirilməsi istiqamətində fasiləsiz səylərin göstərilməsini tələb edib. 🔹 Ali Baş Komandanın digər göstərişinə əsasən, hədəflər bazası elə yenilənməlidir ki, Amerika-sionist düşmənin bütün növ maddi və qeyri-maddi aktivləri Silahlı Qüvvələrin zərbə endirə biləcəyi hədəflər sırasına daxil olsun. 🔹 O, Silahlı Qüvvələrə ümumxalq dəstəyini İrana düşmən münasibət bəsləyən xarici qüvvələrə və onların ölkə daxilindəki muzdlularına qarşı çəkindirmə gücünün əsas dayaqlarından biri adlandıraraq bildirib: «Ayağa qalxmış xalqımızın səkkiz ay ərzində meydanlarda iştirakı səkkizillik Müqəddəs Müdafiənin davamıdır. Bu iştirak hərbi qüvvələrin, hüquq-mühafizə orqanlarının və Bəsic qüvvələrinin fədakarlığı ilə yanaşı, İranın ərazi bütövlüyünü və İslam quruluşunu qoruyub və bundan sonra da qoruyacaq». 🔹 İslam İnqilabının Ali Rəhbəri müxtəlif ölkələrdə Müqavimət Cəbhəsinin ağıllı və qətiyyətli mövqeyini yüksək qiymətləndirərək, cəbhələrin vəhdətini Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasına strateji təsir göstərən həlledici amil adlandırıb. O, ümidvar olduğunu bildirib ki, bu yeni nizam müasir İslam sivilizasiyasının formalaşması üçün müsəlman xalqları və dövlətləri arasında birliyin getdikcə güclənməsinə şərait yaradacaq. 🔹 Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Abdullahi, Ordunun Baş Komandanı general-mayor Hatəmi və İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general-mayor Vəhidi Ali Baş Komandanla görüşdə ölkə müdafiəçilərinin döyüş hazırlığının vəziyyəti barədə hesabatlar təqdim ediblər. Hesabatlarda Fars körfəzi sahillərində, Hörmüz boğazının əməliyyat bölgələrində, Oman dənizində, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində müdafiə qüvvələrinin hazırlıq vəziyyəti barədə məlumat verilib. Bundan əlavə, müxtəlif növ sursatların, kəşfiyyat, hərbi dəstək və döyüş təyinatlı silahların istehsalının bir neçə dəfə artırılması barədə də Ali Baş Komandana məlumat təqdim olunub. 🔹 Silahlı Qüvvələrin Ali Baş Komandanı görülən işlərdən məmnunluğunu ifadə edərək yüksək rütbəli hərbi komandirlərdən onun təşəkkürünü və razılığını bütün hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının və Bəsic qüvvələrinin şəxsi heyətinə, bu qurumların və Müdafiə Nazirliyinin əməkdaşlarına, eləcə də onların əziz ailələrinə çatdırmağı istəyib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo