İranda pilotsuz uçuş aparatlarından istifadə hələ İslam İnqilabından əvvəl başlayıb. Həmin dövrdə Pəhləvi ordusu Amerika istehsalı olan pilotsuz uçuş aparatlarından çox az istifadə edirdi. Bu aparatlar qırıcı təyyarələrin və hava-hava raketlərinin təlimləri zamanı hədəf kimi istifadə olunurdu. 1980 ci ildə başlayan İraqla səkkiz il davam edən müharibə zamanı isə İran Hərbi Hava Qüvvələri sanksiyalara görə ciddi çətinliklərlə üzləşmişdi. Buna görə də kəşfiyyat uçuşları həyata keçirə bilmirdi. 1983-cü ildə İsfahanın Universitet Cihadı təşkilatının və İsfahan Sənaye Universitetinin gənc mütəxəssisləri uzaqdan idarə olunan kiçik model təyyarələrin texnologiyasından istifadə edərək ilk pilotsuz uçuş aparatlarını hazırladılar. İran Hərbi Hava Qüvvələri həmin aparatlardan istifadə edərək kəşfiyyat uçuşları həyata keçirdi. Pilotsuz uçuş aparatlarının çəkdiyi şəkillər çap edildikdən sonra hər kəs nəticədən razı qaldı. Bundan sonra isfahanlı gənclər dərhal daha beş pilotsuz uçuş aparatı hazırlayaraq Hərbi Hava Qüvvələrinə təhvil verdilər. Həmin beş pilotsuz uçuş aparatının ilk kəşfiyyat əməliyyatı nəticəsində planlaşdırılan hərbi əməliyyatlardan biri ləğv edildi. Çünki çəkilən şəkillərdən məlum olmuşdu ki, həmin əməliyyat həyata keçirilsə, İran qüvvələri çoxlu sayda itki verəcək. Elə həmin gün İslam İnqilabı Keşikçiləri Korpusunun o vaxtkı komandanı Möhsün Rzayi ilk pilotsuz kəşfiyyat batalyonunun yaradılması barədə göstəriş verdi. Bu batalyona “Rəd” adı verildi. “Rəd” batalyonu müharibənin sonuna qədər hərbi əməliyyat bölgələrindən üç milyon fotoşəkil çəkdi. Beləliklə, bu batalyon Hərbi Hava Qüvvələrinin həyata keçirə bilmədiyi kəşfiyyat uçuşlarını əvəz etdi. “Təlaş-1”, “Təlaş-2”, “Mühacir-1” və “Əbabil-1” müharibənin sonuna qədər hazırlanan pilotsuz uçuş aparatları idi. Bu aparatların əsas vəzifəsi İraq ordusunun hərəkətlərini izləmək və onun hərbi fəaliyyəti haqqında kəşfiyyat məlumatları toplamaq idi.
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.5%2.6K avg views
Posting
80.3/day
last 33 minutes ago
Reactions per 1K views
62.4
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 31 Oct 2026, 09:06 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.4K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.