𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.4/day last 10 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Azərbaycan və NATO arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb. NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib. Bu cür tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib. Görüşdən sonra təlim sahəsində olan qonaqlar bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyarlılıq səviyyəsini yoxlayıblar. #NATO #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K30 Oct 06:0913 Nov 15:492.4K30 Oct 06:09: 0 views13 Nov 15:49: 2,400 views
Snapshots we took after posting.
WhenViews
30 Oct 2026, 06:090
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.