𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.6/day last 11 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış əsl dostluq və qardaşlıq telləri bağlayır. 2021-ci ildə Sizinlə birgə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə çataraq keyfiyyətcə yeni məzmun və mahiyyət kəsb etmişdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K29 Oct 10:2813 Nov 15:492.6K29 Oct 10:28: 0 views13 Nov 15:49: 2,590 views
Snapshots we took after posting.
WhenViews
29 Oct 2026, 10:280
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.