⚡️Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçirilib Bu gün, oktyabrın 27-də Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes konfransı öz işinə başlayıb. Konfransda Almaniyanın qida məhsullarının emalı, qablaşdırma sistemləri, sənaye avtomatlaşdırılması və müasir istehsal infrastrukturunun inkişafı sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirilir. Tədbirin proqramına ikitərəfli biznes görüşləri (B2B) də daxildir. Bu görüşlər Azərbaycan şirkətlərinə əməkdaşlıq təkliflərini nəzərdən keçirmək, texnoloji ehtiyaclarını təqdim etmək və Almaniya şirkətləri ilə birbaşa əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı yaradır. Konfransda qida sənayesi sahəsində fəaliyyət göstərən Almaniyanın iri texnologiya şirkətlərinin, o cümlədən “Bühler GmbH”, “Elea Technology GmbH” və “HAVER & BOECKER OHG” şirkətlərinin nümayəndələri iştirak edirlər. Tədbirin əsas məqsədi iki ölkənin şirkətləri arasında işgüzar əlaqələri genişləndirmək, eləcə də Almaniyanın qabaqcıl texnologiyalarının Azərbaycanın sənaye və qida emalı sektorlarında tətbiqi imkanlarını araşdırmaqdır. #Almaniya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA