☄️ İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb Müharibənin başa çatdırılması üçün İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Ali Milli Təhlükəsizlik Şurası ölkənin idarə olunmasında strateji qərarların qəbul edildiyi əsas mərkəzdir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor doktor Möhsün Rzayi İmam Müctəba Xamenei ilə görüşüb. Görüş zamanı İmam Müctəba Xamenei Ali Milli Təhlükəsizlik Şurasını və onun Katibliyini ölkənin idarə olunmasında müxtəlif istiqamətlərin kəsişdiyi strateji mərkəz adlandırıb. O, mədəniyyət, siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrinin bir-birinə qarşılıqlı təsir göstərdiyini vurğulayaraq, bu sahələrin hər birində qəbul edilən qərarların müvafiq tədbirlərlə müşayiət olunmasının vacibliyini qeyd edib. ▪️ İslam İnqilabının Ali Rəhbəri bildirib ki, möhkəm və əsaslandırılmış qərarların qəbul edilməsi üçün hər bir addımın başlanğıcından sonuna qədər bütün mərhələlərini əhatə edən aydın yol xəritəsinin olması zəruridir. ▪️ Görüşdə müzakirə olunan digər əsas məsələlər bunlar olub: Milli həmrəyliyin və birliyin gücləndirilməsi, xalqla dövlət rəsmiləri arasında qarşılıqlı etimadın artırılması, ölkədəki problemlərin həllini asanlaşdırmaq və sürətləndirmək məqsədilə Konstitusiyanın, xüsusilə 176-cı maddəsinin imkanlarından istifadə etməklə prezidentə və icra hakimiyyəti orqanlarına dəstək göstərilməsi, Hörmüz boğazına nəzarətin həyata keçirilməsi vasitəsilə milli və regional təhlükəsizliyin qorunması, həmçinin qonşu ölkələrlə münasibətlərin davamlı və qarşılıqlı maraqlar əsasında möhkəmləndirilməsi. ▪️ İmam Müctəba Xamenei düşmənin çıxılmaz vəziyyətə düşməsini xalqın müqavimətinin nəticələrindən biri kimi qiymətləndirib. O, xalqın ölkənin və İslam quruluşunun müdafiəsində fəal iştirakının davam etdirilməsi üçün vaxtında və fəal informasiya siyasətinin aparılmasının vacibliyini vurğulayıb. İmam Müctəba Xamenei həmçinin müharibəyə və «nə müharibə, nə də sülh» vəziyyətinə son qoymaq məqsədilə İran rəsmilərinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin, bununla da İran xalqının və Müqavimət Cəbhəsinin hüquq və mənafelərinin təmin olunmasının zəruriliyini qeyd edib. Görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkənin müxtəlif sahələrdəki mövcud vəziyyəti və həyata keçirilən tədbirlər barədə hesabat təqdim edib. Möhsün Rzayi hesabatında bildirib ki, İslam Respublikasının «regionda daxili imkanlara əsaslanan təhlükəsizlik mexanizmlərinin və regional nizamın formalaşdırılması» istiqamətində müəyyən etdiyi strateji siyasətin həyata keçirilməsi Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin hazırda üzərində işlədiyi əsas məsələlərdən biridir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo