☄️Köklü Dəyişimin İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırım: Dünən axşam sosial şəbəkədə etdiyim paylaşım əsas gətirilərək xarici bir ölkənin dövlət rəhbərlərini təhqir etmək ittihamı ilə saxlanıldım. İfadəm alındıqdan sonra bir neçə saat ərzində sərbəst buraxıldım. Bu fürsətdən istifadə edərək bir daha bildirmək istəyirəm: Baş örtüyü, hicab Allahın əmridir. Hicabı baş tacı edən azərbaycanlı bacılarımızı heç vaxt tək qoymayacağıq. Harada olmağımızdan asılı olmayaraq, İslamın və müsəlmanların izzət və şərəfini müdafiə etməyə, zalımın qarşısında, məzlumun yanında dayanmağa davam edəcəyik. Digər tərəfdən, siyasi və ticarət maraqlarını üstün tutaraq zülmə biganə qalanlar, eləcə də müxtəlif təzyiq üsulları ilə haqqı söyləyənlərin səsini boğmağa çalışanlar qalib gəldiklərini düşünsələr də, əslində məğlub olan tərəf məhz özləri olacaqlar. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo