☄️İnqilabın rəhbəri Seyyid Müctəba Xamenei: Əziz İranımız hazırda daha çox iradə və ümid rəmzidir. İranın istedadlı və bacarıqlı gənclərinin, eləcə də elitanın bu ümidin formalaşmasında, tərəqqidə və ölkənin parlaq gələcəyinə doğru irəliləməsində rolu əvəzsizdir. Lakin elitanın əhatə dairəsi yalnız elm və texnologiya, idman və ya müxtəlif bacarıq sahələri ilə məhdudlaşmır. Müsbət və arzuolunan hər cür fərqlilik insanı elitanın bir hissəsinə çevirə bilər. Bu günlərdə biz bu torpağın seçilmiş insanlarının daha geniş üfüqləri nəzərə alaraq vətənlərinin müqəddəs bayrağını ucaltmaq yolunda göstərdikləri fədakarlığın şahidi oluruq. Onlar bəsirət və cihad elitasıdırlar. Biz «Rizəəli Xacəvilər»i və «Əli Ləndi»ləri adları mədəniyyət ocaqlarının girişində yazılmalı olan seçkin insanlar hesab edirik. Cəmiyyətin belə görkəmli simaları arasında canlarını və sağlamlıqlarını fəda edərək İslam İranının və onun əziz xalqının taleyinə misilsiz təsir göstərən, bunun müqabilində isə yeganə Allahdan bəndəlik medalını alan şəhidlər və fədakar insanlar da var. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo