𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.4/day last 54 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍

☄️Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən azad edilib. Onun işdən çıxarılmasının Azərbaycanla bağlı verdiyi açıqlamalarla əlaqəli olduğu bildirilir. Türkiyəli jurnalist Talat Atilla Oktay Saralla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirdiyini açıqlayıb. Jurnalist Sarala «Vəzifənizdən azad edilmisinizmi?» sualını ünvanlayıb. Oktay Saral cavabında bildirib: «Bəli. Bizim dəyərimiz tutduğumuz vəzifələrlə ölçülmür. Hörmətli Prezidentimiz məni bu vəzifəyə təyin etmişdi, indi də onun göstərişi ilə vəzifəmdən ayrıldım. Heç kimdən incikliyim yoxdur». Talat Atillanın «Bu qərar Azərbaycanla bağlı açıqlamalarınıza görə verilib?» sualına isə Saral belə cavab verib: «Bəli, görünən odur ki, belədir». O, daha sonra əlavə edib: «Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur». Oktay Saral vəzifəsindən uzaqlaşdırılması ilə bağlı başqa bir açıqlamasında da bildirib: «Prezidentimizin verdiyi qərar mənim üçün hər şeydən üstündür. Deməli, belə məsləhət görülüb. Dövlətimiz var olsun!» Bu arada, İlham Əliyev hakimiyyətinə yaxınlığı ilə tanınan azərbaycanlı jurnalist Əziz Əlibəyli də Oktay Saralın vəzifədən azad edilməsinə münasibət bildirib. Əlibəyli açıqlamasında deyib: «Qoy bu, Oktay Saral kimilərinə dərs olsun! Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Məktəb qaydalarını Trabzonun Of rayonundakı hansısa müşavir deyil, Bakı müəyyən edir». #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K25 Oct 18:3113 Nov 15:493K25 Oct 18:31: 0 views13 Nov 15:49: 2,990 views
Snapshots we took after posting.
WhenViews
25 Oct 2026, 18:310
13 Nov 2026, 15:493K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.