⚡️Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə vəzifəsindən ayrıldığını təsdiqləyib. “Cənab Prezident məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – deyə Saral türkiyəli jurnalist Talat Atillaya bildirib. Azərbaycanla bağlı açıqlamalarının vəzifədən ayrılmasına səbəb olub-olmadığı barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib. #Hicaba_Azadlıq #Türkiyə #Azərbaycan Abunə olun🟢Ar-Rad GA