𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.4/day last 15 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Bakıda ölümlə nəticələnən kütləvi davada deputatın oğlunun adı hallanır Bakının Xətai rayonunda baş verən kütləvi dava nəticəsində bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaq xəsarəti alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub. Yayılan məlumatlara görə, davanın iştirakçılarından biri Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu, “Yeraz Əhməd” ləqəbi ilə tanınan Əhməd Əlizadədir. Məsələ ilə bağlı açıqlama verən deputatın AMİP-dəki müşaviri Əli Orucov Əhməd Əlizadənin belə bir əməl törədəcəyinə inanmadığını bildirib: “Arzuxan müəllimin hər iki oğlunu tanıyıram. Həm Orxanı, həm də Əhmədi. Hər ikisi mərifətli, qanacaqlı və təhsilli oğlanlardır. Mən hesab etmirəm ki, Əhməd belə bir əməl törətsin. Orxan Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə şirkətlərin birində işləyir. Onu yaxından tanıyıram. Davakar və qalmaqallı əməl törədəcəyini düşünmürəm. Elə oğlan deyil. Tərbiyəli və sakit təbiətli oğlandır”. Məlumata görə, deputat Arzuxan Əlizadənin mövqeyini öyrənmək üçün dəfələrlə əlaqə saxlamağa cəhd göstərilsə də, zənglər cavabsız qalıb. Əhməd Əlizadənin hadisədə iştirakına dair məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Qeyd: Deputatın oğlu belə qələtlər edir, bu cür deputatlar hicablı qızlara qarşı müharibə aparmağa belə hazırdırlar. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K24 Oct 09:4713 Nov 15:492.5K24 Oct 09:47: 0 views13 Nov 15:49: 2,500 views
Snapshots we took after posting.
WhenViews
24 Oct 2026, 09:470
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.