𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.4/day last 15 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Vikiliks: Əliyev 2009-cu ildə hicaba görə Türkiyə seriallarının yayımını qadağan edib Vikiliksin 2009-cu ilə aid sızdırılmış sənədinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə seriallarının mədəni təsirindən və bu serialların Azərbaycan cəmiyyətində hicabı adi hala çevirməsindən narahat olduğu üçün onların yayımının dayandırılması barədə göstəriş verib. Onun sözlərinə görə, iranlı qadınlardan fərqli olaraq, hicablı türk qadınları Azərbaycan vətəndaşları üçün daha təsirli nümunəyə çevrilə bilərdi. Bu sənədin yenidən yayılması Bakı ilə Ankara arasında yeni gərginlik dalğası ilə eyni vaxta təsadüf edib. Azərbaycanda 2026-cı ilin sentyabrından etibarən məktəblərdə yeni geyim qaydalarının tətbiqi, hicablı şagird və müəllimlərin təhsil müəssisələrinə buraxılmaması Türkiyədə kəskin reaksiyalara səbəb olub. İstanbulda etiraz aksiyaları keçirilib. Türkiyə rəsmiləri, o cümlədən Ərdoğanın baş müşaviri bu məhdudiyyətləri təhsil və etiqad azadlığının pozulması kimi qiymətləndiriblər. Buna cavab olaraq, hakim Yeni Azərbaycan Partiyası həmin tənqidləri ölkənin daxili işlərinə müdaxilə hesab edib. Bu köhnə sənədin yenidən gündəmə gətirilməsi Azərbaycan hökumətinin ictimai məkanlarda dini simvollara münasibətdə uzun illərdir davam etdirdiyi siyasəti və onun siyasi aspektlərini bir daha diqqət mərkəzinə çıxarıb. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K24 Oct 08:0313 Nov 15:492.5K24 Oct 08:03: 0 views13 Nov 15:49: 2,490 views
Snapshots we took after posting.
WhenViews
24 Oct 2026, 08:030
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.