𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 80.3/day last 13 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍

⚡️Hicablılarla “vuruşmaqdan” danışan Cavanşir Feyziyevin adı aptek qalmaqalında: Qanun başqaları üçünmü keçərlidir? Bir neçə gün əvvəl hicablı qızlara qarşı sərt açıqlaması ilə gündəmə gələn Milli Məclisin deputatı Cavanşir Feyziyevin adı bu dəfə dərman vasitələrinin satışı qaydalarını pozduğuna görə cərimələnmiş apteklə əlaqələndirilir. Hicab məsələsində dünyəvilikdən, qanunlardan və prinsiplərdən danışan, hətta “Bundan ötrü vuruşa da bilərik!” ifadəsini işlədən deputatın adı ilə əlaqələndirilən şirkətin aptekində qanun pozuntularının aşkarlanması ciddi suallar doğurur. Vaxtilə internatda böyüdüyü bildirilən Cavanşir Feyziyevin bu gün hicablı qızlara münasibətdə qarşıdurma dilindən istifadə etməsi də tənqid mövzusudur. Lakin onun şəxsi keçmişindən asılı olmayaraq, millət vəkilinin vətəndaşların dini geyimi ilə bağlı müzakirələrdə bu cür sərt ifadələr işlətməsi qəbuledilməzdir. Məlumata görə, Səhiyyə Nazirliyinin müvafiq qurumu Biləsuvar rayonunda yerləşən “Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparıb. Yoxlama zamanı resept əsasında satılmalı olan bir sıra dərman vasitələrinin alıcılara reseptsiz təqdim edildiyi müəyyənləşdirilib. “Ademta 400 mq”, “Lopista H 50 mq/12,5 mq”, “Eqiloq 25 mq” və “Unirizin” adlı dərman preparatlarının reseptsiz satıldığı, həmçinin “Myocron (50 mq, 5 ml)” preparatının saxlanma şəraitinə dair tələblərin pozulduğu aşkarlanıb. Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri əsasında protokollar tərtib edilərək məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə “Dokta” MMC inzibati qaydada cərimələnib. Mətbuatda sözügedən şirkətin Cavanşir Feyziyevə məxsus olduğu barədə məlumatlar yayılıb. Ortaya çıxan ziddiyyət isə diqqət çəkir: Hicablı qızların geyimi məsələsində qanun və dünyəvilik prinsiplərini önə çəkən deputatın adı ilə əlaqələndirilən aptekdə dərman satışı və saxlanması qaydalarının pozulması necə izah edilməlidir? Əgər qanuna hörmət bu qədər vacibdirsə, həmin prinsip yalnız hicablı vətəndaşlara münasibətdə deyil, biznes fəaliyyətində də eyni ardıcıllıqla müdafiə olunmalıdır. Cavanşir Feyziyev hicab məsələsində “Bundan ötrü vuruşa da bilərik!” deyə bilirsə, ictimaiyyətin onunla əlaqələndirilən aptekdə aşkarlanmış qanun pozuntuları barədə də aydın izahat tələb etməsi tamamilə haqlıdır. Millət vəkilinin əsas vəzifəsi vətəndaşlarla qarşıdurmadan danışmaq deyil, onların hüquqlarını qorumaq və qanun qarşısında bərabərliyi müdafiə etməkdir. İndi isə sual budur: Hicablılarla mübarizədən danışan Cavanşir Feyziyev qanun pozuntularına qarşı da eyni qətiyyəti göstərəcəkmi? #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K23 Oct 13:1013 Nov 15:492.6K23 Oct 13:10: 0 views13 Nov 15:49: 2,640 views
Snapshots we took after posting.
WhenViews
23 Oct 2026, 13:100
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.