𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 80.3/day last 13 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Cared Kuşnerin gizli əməliyyatlar üçün yaradıldığı iddia edilən maliyyə fondunda Azərbaycan və İsraildəki bank hesablarının adı hallanır İrəli sürülən qeyri-adi iddiaya görə, Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) 2017-ci ildə Rusiya Baş Kəşfiyyat İdarəsindəki (QRU) mənbə vasitəsilə Cared Kuşnerin rusiyalı hakerlər tərəfindən ələ keçirilmiş iPhone telefonuna giriş əldə edib. İddia olunur ki, bunun nəticəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri tərəfindən maliyyələşdirilən, Azərbaycan və İsraildəki bank hesablarının da iştirak etdiyi gizli əməliyyatlar fondunun mövcudluğu üzə çıxıb. Bu qalmaqal Trampın siyasi nüfuzuna sarsıdıcı zərbə vurur. Trampın kürəkəni Cared Kuşnerin Qəzzada sahilboyu ərazilərdə dəbdəbəli yaşayış və istirahət komplekslərinin tikintisi ilə bağlı təklifləri fonunda bu iddialar Trampın diplomatiyasının əslində kimin maraqlarına xidmət etdiyi barədə ciddi suallar doğurur. Əgər bu iddialar təsdiqlənsə, Trampın “Əvvəlcə Amerika” siyasi şüarını alt-üst edər. Çünki belə olan halda ABŞ-nin xarici siyasətinin ailə maraqları və xarici maliyyə vəsaitləri ilə iç-içə olduğu üzə çıxar. Məlumatın əsası: Bu iddialar jurnalist Metyu Koulun 22 oktyabr 2026-cı ildə “Vanity Fair” jurnalında dərc olunmuş araşdırmasında yer alır. Kuşnerin vəkili isə gizli hesablarla bağlı ittihamları rədd edib. ✡️ Abunə olun

Views over time

01K2K3K23 Oct 05:1513 Nov 15:492.6K23 Oct 05:15: 0 views13 Nov 15:49: 2,650 views
Snapshots we took after posting.
WhenViews
23 Oct 2026, 05:150
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.