☄️Yəmən: Səudiyyə Ərəbistanı Qırmızı dənizi hərbiləşdirməyə çalışır. Yəmənin Səna hökumətinin Xarici İşlər Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanı Qırmızı dənizdə, Zuqar adasının yaxınlığında istirahət qayığına hücum edib. Nazirliyin sözlərinə görə, Ər-Riyad bu dənizin sularında hücumlarını təkrarlamaqla gərginliyi artırmağa və beynəlxalq müdaxilə üçün zəmin yaratmağa çalışır. Nazirlik vurğulayıb ki, bu addımlar Səudiyyə Ərəbistanının Qırmızı dənizi hərbiləşdirmək cəhdlərinin bir hissəsidir. Bəyanatda qeyd olunub: «Qırmızı dənizin sularında cinayətlərin təkrar törədilməsi Səudiyyə Ərəbistanının bu dənizi hərbiləşdirmək cəhdidir». #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo