𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 80.1/day last 23 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Ləvənt Gültəkin: Mən demişdim ki, Azərbaycan dövlət deyil. Bir tayfa quruluşudur. Yəni bir adam öz həyat yoldaşını, qızını, ailə üzvlərini prezidentin köməkçisi təyin edirsə, onsuz da orada demokratiya yoxdursa, dövlət institutları yoxdursa, hakimiyyətə nəzarət və tarazlıq mexanizmləri mövcud deyilsə, bunu necə dövlət adlandırmaq olar? Dövlət olmağın müəyyən əsas xüsusiyyətləri var. Dövlət institutları olmalıdır, idarəetmə sistemi işləməlidir, ciddiyyət olmalıdır. Mən niyə Azərbaycanı dövlət adlandırmıram? Çünki dövlət olsaydı, bu qədər uşaqcasına işlərlə məşğul olmazdı. Türkiyədə Tvitter vasitəsilə Əliyevi tənqid edənlər barəsində İnterpol xətti ilə həbs qərarı çıxartdırmağa çalışır. Diktatorluq belə bir şeydir. Adam buna öyrəşməyib. Öz ölkəsində ona yönələn ən kiçik tənqidə belə dözümsüz yanaşır. Onsuz da ölkəsində bütün tənqidləri boğub. İndi isə başqa ölkədə Tvitterdə yazılan paylaşımlara görə həmin ölkənin rəhbərliyindən insanların həbs olunmasını tələb edir. Yeddi nəfərin adını təqdim edib deyir ki, bunları həbs edin. Niyə hicab məsələsində məni tənqid edirsiniz? Ay qardaş, sən uşaqsan, yoxsa dövlətsən? Azərbaycan hamımızın qəlbində xüsusi yeri olan bir ölkədir. Bizim qardaş dediyimiz ölkədir. Bəs niyə onu bu vəziyyətə salırsan? Bu da azmış kimi, Türkiyə Prezidentinin müşaviri Oqtay Saral Azərbaycandakı hicab məsələsini tənqid etmişdi. Tamamilə adi bir tənqid idi. Nə söyüş vardı, nə təhqir, nə də alçaldıcı ifadə. Sadəcə, bir qədər gileyli tonda bunun yanlış olduğunu bildirmişdi. Demişdi ki, biz də Türkiyədə vaxtilə buna bənzər hadisələr yaşamışıq və bu, cəmiyyətdə çox dərin yaralar açıb. Qardaş Azərbaycan da belə addımlara əl atmamalıdır. Vəssalam, dediyi bundan ibarət idi. İndi isə deyilənə görə, Əliyev Türkiyə ilə münasibətləri düzəltmək üçün Oqtay Saralın vəzifədən uzaqlaşdırılmasını şərt qoyub. Ay qardaş, bu, dövlət deyil axı! Bu, tamam başqa bir şeydir, başqa bir səviyyədir. Avtoritar düşüncə tərzi özünə qarşı heç bir söz deyilməsinə dözə bilmir. Ay qardaş, bir dünyaya bax! Sən adi bir tənqidə belə dözə bilmirsən. Ona görə də sən dövlət ola bilməzsən. Elə buna görə də bu vəziyyətdəsiniz. Elə buna görə də gah İsrailin, gah Rusiyanın, gah da Amerikanın kuklasına çevrilirsiniz. Mən düşünürəm ki, Azərbaycan gərginliyi artırmaq istəyir. Bunlar təsadüfən baş vermir. Məhz gərginliyi artırmaq istədiyi üçün belə addımlara əl atır. Yəni durub Prezident Ərdoğana “Müşavirini vəzifədən çıxart, biz də gərginliyi azaldaq” demək üçün insan ağlını itirməlidir. Bəs bu gərginliyi niyə artırır? Əsas sual budur. İsrailin maraqlarına xidmət etmək üçünmü? İsraillə ittifaq qurmaq üçünmü? Türkiyəni təkləmək üçünmü? Prezident Ərdoğanı hər tərəfdən mühasirəyə almaq üçünmü? Amma görünən odur ki, Azərbaycan tərəfi gərginliyi artırmağı özünə məqsəd seçib. Türkiyə isə bu məsələlər barədə ümumiyyətlə danışmayaraq gərginliyi mümkün qədər azaltmağa çalışır. ✡️ Abunə olun

Views over time

01K2K3K22 Oct 11:0813 Nov 15:492.4K22 Oct 11:08: 0 views13 Nov 15:49: 2,410 views
Snapshots we took after posting.
WhenViews
22 Oct 2026, 11:080
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.