⚡️Ermənistandakı Teğut mədəninin yenidən işə salınması iqtisadi artıma və təhlükəsizliyin güclənməsinə töhfə verəcək ABŞ-da yaşayan iş adamı və TRIPP+ Fondunun rəhbəri Konstantin Sokolov “Bloomberg”ə müsahibəsində Ermənistandakı Teğut mis-molibden mədənini satın almaq və inkişaf etdirmək planlarından danışıb. O, həmçinin Ermənistan və Cənubi Qafqazda fəaliyyətini genişləndirmək niyyətində olduğunu bildirib. Sokolov vurğulayıb ki, Teğut mədəninin yenidən fəaliyyətə başlaması Ermənistanın iqtisadi inkişafına və təhlükəsizlik səviyyəsinin yüksəlməsinə kömək edəcək. O əlavə edib: “Ermənistanla Azərbaycan arasında imzalanmış sülh memorandumu region üçün misilsiz və köklü dəyişikliklərə yol açan hadisədir”. Sokolovun ABŞ-da fəaliyyət göstərən “Dynamic Frontier” investisiya şirkəti sentyabr ayında Ermənistanın ikinci ən böyük mədəni olan Teğut mis mədənini satın alıb. Bu sövdələşmənin əsas məqsədləri Ermənistanla ABŞ arasında tərəfdaşlığı və əməkdaşlığı gücləndirmək, həmçinin Birləşmiş Ştatların Ermənistanın mühüm mineral ehtiyatlarına çıxışını təmin etmək olub. #TRİPP #ABŞ #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA