⚡️Ermənistan rəsmiləri TRIPP layihəsi çərçivəsində infrastruktur işlərinə hazırlığı müzakirə etmək üçün Sünikə səfər ediblər Ermənistan hökumətinin rəsmiləri TRIPP layihəsi çərçivəsində infrastrukturun layihələndirilməsi işlərinə başlanması ilə bağlı təşkilati məsələləri müzakirə etmək və növbəti addımları müəyyənləşdirmək məqsədilə Sünik vilayətinə səfər ediblər. Ermənistan hökumətinin məlumatına görə, oktyabrın 21-də baş tutan səfərdə baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yeqiazar Vardanyan və digər rəsmilər iştirak ediblər. #TRİPP #ABŞ #İran #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA