𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 80.0/day last 30 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Liderlər arasındakı etimad münasibətlərin əsas təminatıdır Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi iki ölkə arasındakı münasibətlər baxımından mühüm siyasi hadisə oldu. Bu telefon danışığı təkcə diplomatik protokol hadisəsi deyil, son günlər Azərbaycan-Türkiyə münasibətləri ətrafında yaranmış informasiya gərginliyi fonunda xüsusi siyasi məna daşıyan təmas kimi qiymətləndirilə bilər. Gecikmiş zəng və vaxtında verilməyən reaksiya Təəssüf ki, bu telefon danışığı Türkiyədə Azərbaycana qarşı aparılan çirkin informasiya kampaniyasının artıq müəyyən müddət davam etməsindən sonra baş tutdu. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daxili qanunvericiliyi əsasında qəbul etdiyi qərarlar başqa dövlətlərdə siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Əlbəttə, ayrı-ayrı siyasi qrupların, şəxslərin və media platformalarının mövqeyini bütövlükdə Türkiyə dövlətinin siyasəti ilə eyniləşdirmək doğru olmaz. Bununla belə, belə həssas məsələlərdə rəsmi dairələrin vaxtında verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. Strateji müttəfiqliyin qorunması ortaq məsuliyyətdir Əliyev-Ərdoğan telefon danışığının ən mühüm siyasi nəticəsi iki ölkə rəhbərliyinin münasibətlərin inkişafında maraqlı olduğunu növbəti dəfə nümayiş etdirməsidir. Qardaşlıq münasibətləri yalnız yüksək səviyyəli bəyanatlarla deyil, qarşılıqlı siyasi həssaslıq, suverenliyə hörmət və informasiya təxribatlarına prinsipial münasibətlə möhkəmlənir. Qardaşlığın gücü yalnız böhranlardan sonra nümayiş etdirilən həmrəylikdə deyil, həmin böhranların yaranmasının qarşısını almaq bacarığında özünü göstərməlidir. Qeyd: APA bu mətni İlhamla Rəcəbin telefon danışığından sonra yazıb paylaşıb. Bu mətndən başa düşülən budur ki, İlhamın ürəyi hələ də Rəcəbə qarşı sınıqdır, istədiyini də əldə edə bilməyib. Elə bu mətndən belə başa düşmək olur ki, İlham Rəcəbə deyir: “Ay Rəcəb, mənə sevgini isbat eləmək istəyirsənsə, mənim dövlət işimə qarışma və buna söz ver! Bir də bizim daxili problemlərimizi qızışdıranların evindən silah, tank, ciblərindən nəşə və buna bənzər şeylər çıxart. Bizdəki unikal ədliyyə strukturlarının şərlədikləri... ee, bağışla, ‘haqlı olaraq’ tutduqları insanlara 12-15-20 il həbs cəzası verdiyi kimi, siz də bizim işlərimizə qarışanlara həmin cəzalardan və tədbirlərdən verin. Vəssalam! O zaman barışarıq...” #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K22 Oct 06:2513 Nov 15:492.5K22 Oct 06:25: 0 views13 Nov 15:49: 2,470 views
Snapshots we took after posting.
WhenViews
22 Oct 2026, 06:250
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.