𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 2 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Fərid Şükürlü: “Biz Türkiyənin kiçik qardaşı deyilik, bizə bərabərhüquqlu tərəfdaş kimi yanaşılmalıdır!” “Qardaşlıq münasibətlərinin olması Azərbaycanın Türkiyənin kiçik qardaşı olduğu anlamına gəlmir. Biz özümüzə bərabərhüquqlu tərəfdaş kimi yanaşılmasını gözləyirik”. Təəssüf ki, Azərbaycanın daxili siyasəti ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Azərbaycan Türkiyəni bütün təşəbbüslərində ardıcıl şəkildə dəstəkləyən ölkədir. Zəlzələ baş verəndə Azərbaycan Türkiyəyə ən böyük nümayəndə heyətini göndərdi. Səhv etmirəmsə, üçüncü ən böyük nümayəndə heyəti isə sionist rejimdən gəlmişdi. Lakin biz həm də suveren dövlətik. Biz Türkiyə xalqını özümüzə doğma hesab edirik. Türkiyə ilə bizi qan və can bağlılığı birləşdirir. Bununla belə, İstanbulda Azərbaycanın konsulluğu və Ankarada səfirliyi qarşısında keçirilən bəzi etiraz aksiyaları və səsləndirilən tənqidlər suveren dövlət üçün qəbuledilməzdir. Mən hesab edirəm ki, bu etirazçılar xarici dövlətlərdən maliyyələşən radikal cihadçı qrupları təmsil edirlər. Bəzi türkiyəli siyasətçilər də Azərbaycanı açıq şəkildə tənqid edirlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Həsən Nuri Yaşar Azərbaycanı açıq şəkildə tənqid edir. Bu cür davranış və bəyanatlar Türkiyəyə hörmət edən və onu qardaş ölkə hesab edən Bakı üçün qəbuledilməzdir. Lakin qardaşlıq münasibətlərinin olması Azərbaycan–Türkiyə tərəfdaşlığında Azərbaycanın kiçik qardaş olması demək deyil. Biz Türkiyəyə bərabərhüquqlu tərəfdaş kimi yanaşırıq və onu müttəfiqimiz hesab edirik. Ankaradan da eyni münasibəti gözləyirik. Bu fikirləri i24NEWS telekanalına müsahibəsində Fərid Şükürlü səsləndirib. ✡️ Abunə olun

Views over time

01K2K3K22 Oct 05:3113 Nov 15:492.5K22 Oct 05:31: 0 views13 Nov 15:49: 2,500 views
Snapshots we took after posting.
WhenViews
22 Oct 2026, 05:310
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.