🔠Malayziya "İsrail təhdidi" səbəbindən Waze tətbiqini qadağan edib "Reuters" agentliyi hökumət qurumlarının rəhbərlərinə ünvanlanan məktuba istinadən xəbər verir ki, Malayziya hökumət işçilərinə tətbiqin İsrail mənşəli olması ilə bağlı təhlükəsizlik narahatlıqlarına görə Alphabet-in Waze naviqasiya tətbiqindən istifadə etməyi qadağan edib. Baş nazirlikdən verilən açıqlamada qeyd olunur ki, qadağa "hökumət məlumatlarını və istifadəçilərin şəxsi məlumatlarını İsrail rejimi tərəfindən sui-istifadə təhlükəsindən qorumaq üçün" tətbiq edilib. 🟠Waze 2008-ci ildə İsraildə üç tərtibatçı: Ehud Şabtai, Uri Levin və Amir Şeinar tərəfindən yaradılıb. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin