𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 16 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
edited

❗️❗️❗️ Masallıda hicablı qadınların ASAN Xidmətə buraxılmadığı, hicablı müəllimlərin isə işdən uzaqlaşdırıldığı bildirilir İzləyicimizin verdiyi məlumata görə, Masallı ASAN Xidmətində hicablı və çadralı qadınların binaya daxil olmasına icazə verilmir. Onların görmək istədikləri işlə bağlı sənədlər vasitəçi vasitəsilə qəbul edilir, müraciətləri qadınların əvəzinə həll olunur və daha sonra sənədlər geri qaytarılır. Qadınların özlərinin isə xidmət binasına daxil olmasına imkan verilmir. Məlumatda, həmçinin, Masallı rayonunun Mollaoba kəndində yuxarıdan göstərilən təzyiq nəticəsində hicablı müəllimlərdən birinin işdən çıxarıldığı bildirilir. Boradigah qəsəbəsindəki iki məktəbdə də hicablı müəllimlərin məktəbə buraxılmadığı və yuxarıdan təzyiqlərlə üzləşdiyi qeyd olunur. İzləyicimizin sözlərinə görə, məktəb direktorları da bu vəziyyətlə bağlı açıq mövqe bildirmirlər. Bundan əlavə, Boradigah qəsəbə 2 saylı məktəbdə çalışan hicablı təsviri incəsənət müəlliminin işdən çıxmağa məcbur qaldığı bildirilir. Həmin müəllimin eyni vaxtda bir neçə məktəbdə işlədiyi, lakin digər məktəblərdəki işindən də uzaqlaşdırıldığı qeyd olunur. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K21 Oct 19:1113 Nov 15:492.5K21 Oct 19:11: 0 views13 Nov 15:49: 2,530 views
Snapshots we took after posting.
WhenViews
21 Oct 2026, 19:110
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.