🔯 “Əl-Cəzirə” telekanalının aparıcısı Liqa Məkki: Görünür, Azərbaycan Respublikası Türkiyə ilə münasibətlərini qəsdən gərginləşdirir və bunun üçün bəhanələr axtarır. Demək olar ki, bütün sahələrdə bir-biri ilə sıx bağlı olan iki ölkə qəfildən səbəbləri aydın olmayan bir gərginliklə üzləşib. Hərçənd bu gərginliyin arxa planı onun bəzi səbəblərini izah edə bilər. Əsas məsələ İrana qarşı müharibə və Azərbaycanın bu müharibədə oynayacağı ehtimal edilən roldur. Bu rol istər birbaşa iştirak, istərsə də öz ərazisini istifadəyə vermək şəklində ola bilər. Azərbaycanın coğrafi mövqeyi və etnik amillər baxımından rolu son dərəcə əhəmiyyətlidir. Lakin İrana qarşı mümkün hərbi əməliyyatlarda bu rolun nə qədər genişlənəcəyi hələ məlum deyil. Ən mühüm məsələ isə Bakının sionist rejimlə münasibətləridir. Bu münasibətlər dərin təhlükəsizlik və hərbi əməkdaşlıq əlaqələrini əhatə edir. Bütün bu imkanlardan İrana qarşı istifadə edilməsi ehtimalı olduqca yüksəkdir. Eyni zamanda, sionist rejimlə bu cür münasibətlər Türkiyə kimi müttəfiqi razı sala bilməz. Xüsusilə də Türkiyənin Netanyahu tərəfindən davamlı olaraq təhdid edildiyi bir şəraitdə. Üstəlik, bu məsələ ilə bağlı Bakı ilə Ankara arasında aparıldığı ehtimal olunan danışıqların məzmunu barədə də dəqiq məlumat yoxdur. Nəticə etibarilə, Azərbaycan “türk qardaşı”nın qarşısında sionist rejimin yanında dayanmağa üstünlük vermiş ola bilər. Hər halda, getdikcə güclənən bu düşmənçilik meyli müvəqqəti xarakter daşımaya bilər və Yaxın Şərqin sərhədində yerləşən Cənubi Qafqazda yeni gərginlik ocağının yaranmasına səbəb ola bilər. ✡️ Abunə olun