𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 10 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Aleksandr Veksler: Azərbaycan öz dünyəvi dövlət modelini qorumalıdır Sionist rejimdən olan siyasi və hərbi şərhçi Aleksandr Veksler News.az-a açıqlamasında bildirib ki, son günlər və həftələr ərzində hicab məsələsi ətrafında baş verənlər qaçılmaz idi və əslində, bu hadisələr daha əvvəl baş verməli idi. “İki xalqın qardaşlığı haqqında səsləndirilən təsirli bəyanatların arxasında Azərbaycanın gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları gizlənə bilər. ‘Bir millət, iki dövlət’ formulu yalnız o halda davamlı ola bilər ki, heç kim Azərbaycana yad siyasi, ideoloji və ya mədəni modeli qəbul etdirməyə çalışmasın. Azərbaycan öz ənənələri, elitası və həyat tərzi olan dünyəvi, müasir dövlətdir. Əgər ölkə bu yoldan qismən də olsa imtina etsə, onu güclü və uğurlu edən xüsusiyyətlərin böyük hissəsini qaçılmaz olaraq itirəcək. Hazırkı gərginlik təkcə bir məsələ ilə bağlı deyil və yalnız məktəblərdə geyim qaydaları ilə məhdudlaşmır. Bu, dövlət, cəmiyyət və seçim azadlığı haqqında iki fərqli baxışın toqquşmasını əks etdirir. Azərbaycan tarixən öz milli kimliyini, İslam ənənələrini və dövlətin müasir dünyəvi xarakterini birləşdirməyə çalışıb. Türkiyə hər zaman Azərbaycanın ən yaxın dostu və müttəfiqi olub. İki ölkəni tarix, dil, mədəniyyət və saysız-hesabsız insani bağlar birləşdirir. Lakin Türkiyə son 10-15 il ərzində dərin ideoloji dəyişikliklərdən keçib. Buna görə də, əgər Azərbaycandan öz dünyəvi modelindən və gələcək yolunu müstəqil müəyyənləşdirmək hüququndan imtina etməsi gözlənilirsə, iki ölkə arasındakı münasibətlərin əvvəlki, heç bir şübhə doğurmayan ahəngdar vəziyyətinə qayıtmaq artıq mümkün deyil. Baş verənlərə müvəqqəti anlaşılmazlıq kimi baxmaq olmaz. Bu, Bakı ilə Ankara arasındakı münasibətlərin uzun müddətdir yaxınlaşdığı təbii və fundamental dönüş nöqtəsidir. Azərbaycan öz kimliyinə sadiq qalmaq hüququnu qorumalıdır”. Mənbə: News Az ✡️ Abunə olun

Views over time

01K2K3K20 Oct 06:3713 Nov 15:492.6K20 Oct 06:37: 0 views13 Nov 15:49: 2,650 views
Snapshots we took after posting.
WhenViews
20 Oct 2026, 06:370
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.