𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 11 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə hicab qadağası! Azərbaycanda dövlət məktəblərində tətbiq edilən yeni geyim qaydaları kəskin etirazlara səbəb olub. Mübahisələr artıq zorakılıq və yandırma hücumlarına qədər böyüyüb. Bundan sonra bir sıra məktəblərdə şagird qızlar İslam dininə uyğun baş örtüyündən imtina etməli olacaqlar. Yeni qaydalar qadın müəllimələrə də şamil edilir. Hökumət dövlətlə dinin ayrılması prinsipini müdafiə edir və uşaqları dini təzyiqlərdən qorumaq istədiyini bildirir. Lakin etirazlar getdikcə güclənir. Report24-ün məlumatına görə, 37 nəfər həbs edilib. Bundan əlavə, məktəb direktorlarından birinin avtomobili yandırılıb və məktəblərdən birinə qarşı yandırma hücumu həyata keçirilib. Hadisələr zamanı xəsarət alan olmayıb. Türkiyə ilə də mübahisə yaranıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) gələn etiraz və tənqidlərdən sonra Azərbaycan Ankaranı daxili işlərinə qarışmaqda ittiham edib. Azərbaycan tərəfi bildirir ki, hicabla bağlı qaydalar ölkənin daxili məsələsidir. Lakin Azərbaycan məktəblərdə dini neytrallıq siyasətini həyata keçirdiyi bir vaxtda Avstriyada solçu qruplar 14 yaşından kiçik qızlar üçün hicab qadağasına qarşı nümayişlər keçirirlər. Xatırladaq ki, Azərbaycanda hicab qadağası ətrafında yaranan qalmaqal artıq ölkə sərhədlərini aşaraq beynəlxalq medianın gündəminə çevrilib. Təqdim etdiyimiz bu videomaterial da Almaniya mediasında yayımlanıb və Azərbaycanda hicabla bağlı baş verən hadisələrdən bəhs edir. #Hicaba_azadlıq #Almaniya #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

Views over time

01K2K3K20 Oct 05:0813 Nov 15:492.7K20 Oct 05:08: 0 views13 Nov 15:49: 2,740 views
Snapshots we took after posting.
WhenViews
20 Oct 2026, 05:080
13 Nov 2026, 15:492.7K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.