⚡️Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Saif bin Ablan Əl Məzruisini qəbul edib. İkitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirən general-polkovnik Z. Həsənov bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. "Şahinlərin görüşü - 2026" birgə uçuş-taktiki təlimlərinə toxunan nazir qeyd edib ki, bu cür təlimlərin keçirilməsi Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın genişlənməsinə, eləcə də iki ölkənin silahlı qüvvələrinin inkişafına töhfə verəcək. Səmimi qarşılanma və qonaqpərvərliyə görə salamlayan general-leytenant İsa Saif bin Ablan Əl Məzrui təcrübə mübadiləsi üçün birgə təlimlərin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sonra müdafiə nazirinin birinci müavini və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-dən olan həmkarı ilə görüşüb. Baş Qərargahda keçirilən görüşdə general-polkovnik Vəliyev Azərbaycanda keçirilən "Şahinlərin Görüşü - 2026" birgə uçuş və taktiki təlimlərində iştirak edən hərbi qulluqçuların fəaliyyətini yüksək qiymətləndirib. General-leytenant İsa Saif bin Ablan Əl-Məzrui öz növbəsində Azərbaycan və BƏƏ arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün mövcud imkanları qeyd edib. Tərəflər ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. Görüşlərdən sonra nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Birgə Hava Əməliyyatları Mərkəzini ziyarət edib və qonaqlara orada görülən işlər barədə ətraflı məlumat verilib. Abunə olun ️🟢 Ar-Rad Hərbi