𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 31 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Azərbaycan Araşdırma Mərkəzi

Şah İsmayılın müasiri olan Seyyid Məhəmməd Hairi Kərəki özünün Təsliyətul-məcalis və zinətul-məcalis adlı kitabının müqəddiməsində yazır: Gecələrimin bütün saatlarında, gündüzlərimin hər anında, gecə ibadətlərimdən və sübh çağı etdiyim Quran tilavətindən sonra daim dua etməklə məşğulam ki, İslamın kəlməsini yenidən ucaldan, iman məqamını endirildikdən sonra yüksəldən, qəzəbinin qılıncı ilə nifaqın damarını kəsən, müharibəsinin qüdrəti ilə ixtilaf əhlini ram edənin hökuməti davamlı olsun. Allah onun vasitəsilə babası Peyğəmbərin (s) və atası Mürtəzanın gözünü aydın etsin, azğınlıq və bədbəxtlik əhlinin gözlərini isə qəm və həsrətlə yandırsın. Həmçinin Allah hənif din olan İslamı əzəmət və gözəllik libasları içində cilvələndirsin, haqqı isə qüdrət və ucalıq meydanlarında izzət və şərəflə hərəkət etdirsin. Nübüvvət budağı, mərdlik və cavanmərdlik ağacı, doğru danışan, haqqa çağıran, hər bir zalımı ram edən, Allah yolunda heç bir qınayanın qınağından çəkinməyən, dinin dayağı, möminlərin rəhbəri, Peyğəmbər şəriətinin bayraqdarı və İmamiyyə şiələrinin hamisi. Möhkəm kökün, uca budağın, ən böyük şan-şöhrətin və ən yüksək şərəfin sahibi; kafirlərin qatili, günahkarların xar edəni; pak ailənin sahibi, Əhli-beytin zinəti; ən fəxarətli seyid, ən pak soyun daşıyıcısı; qəzəbli şir; xoşbəxt şəhid Seyid Şah Heydərin nəslinin dayağı; əzəmətli sultan Əbül-Müzəffər Şah İsmayıl! Azərbaycan Araşdırma Mərkəzi

Views over time

01K2K3K19 Oct 16:0413 Nov 15:492.5K19 Oct 16:04: 0 views13 Nov 15:49: 2,500 views
Snapshots we took after posting.
WhenViews
19 Oct 2026, 16:040
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.