⚡️Hindistan mediası: Əliyev öz siyasi məzarını öz əlləri ilə qazır – hicab qadağası Azərbaycanda böhrana çevrilə bilər Hindistanın “Unmid.com” saytı yazır: “Azərbaycanda baş verən son hadisələr Zeynəlabidin bin Əlinin hakimiyyəti dövründə Tunisdə və ya Bəşər Əsədin hakimiyyəti dövründə Suriyada yaranmış vəziyyəti xatırladır. Hər yüksəlişin bir enişi var və hər diktatorun sonu gec-tez gəlir”. Hicab taxılmasına qoyulan məhdudiyyətlərə qarşı etirazlar daha genişmiqyaslı böhrana çevrilə bilər. Rusiyanın artıq tam etibarlı tərəfdaş kimi görünmədiyi, qonşu İran və Ermənistanın isə Əliyevin müttəfiqləri olmadığı şəraitdə onun hakimiyyəti qoruyub saxlaması daha da çətinləşə bilər. Ən əsası isə Azərbaycanın ən köhnə və ən yaxın tərəfdaşları olan Türkiyə və Pakistanın bir çox dindar müsəlmanın İslama zidd, qeyri-demokratik və repressiv hesab etdiyi siyasəti qeyd-şərtsiz dəstəkləyə bilməsi ehtimalı azdır. Hətta bu iki ölkənin hökumətləri Əliyevə siyasi dəstək nümayiş etdirmək istəsələr belə, həmin məhdudiyyətlərin doğurduğu ictimai narazılıq belə bir addımın atılmasını daha da çətinləşdirə bilər. Əliyev bu etirazları kiçik hesab etməməli və yalnız repressiv tədbirlərin onları yatırmaq üçün kifayət edəcəyini düşünməməlidir. #Hindistan #Azərbaycan Abunə olun🟢Ar-Rad GA