𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.6/day last 39 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Sionist rejimin “Elbit” şirkəti 235 milyon dollarlıq raketləri bu ölkəyə satacaq Sionist rejimin “Elbit Systems” şirkəti Avropalı müştəriyə dəqiq idarəolunan raketlər və reaktiv artilleriya sistemlərinin tədarükü üzrə 235 milyon dollarlıq müqavilə qazanıb. “Globes” nəşrinin əldə etdiyi məlumata görə, həmin müştəri Azərbaycandır. Üç il ərzində həyata keçiriləcək bu müqavilə sionist rejimin müdafiə sənayesi şirkətləri ilə Bakı arasında münasibətlərin yenidən canlandığını göstərən bir sıra hərbi əməkdaşlıq layihələrinə əlavə olunur. “Elbit Systems” bu gün səhər (bazar ertəsi) Avropalı müştəriyə orta mənzilli EXTRA-MR raketləri və PULS reaktiv artilleriya sistemlərinin tədarükü üçün 235 milyon dollarlıq müqavilə qazandığını açıqlayıb. Müqavilə sionist rejim Müdafiə Nazirliyi ilə müştəri ölkənin Müdafiə Nazirliyi arasında hökumətlərarası (G-to-G) razılaşma çərçivəsində imzalanıb və üç il ərzində icra olunacaq. “Globes” nəşri məsələdən məlumatlı mənbələrə istinadən müəyyən edib ki, sözügedən müştəri Azərbaycandır. Əliyev hökuməti ilə bağlanmış müqavilə çərçivəsində “Elbit” Bakıya özünün səsdən sürətli EXTRA raket sisteminin orta mənzilli versiyasını tədarük edəcək. Müqaviləyə PULS buraxılış qurğularının, reaktiv artilleriya sahəsində digər platformaların və kompleks logistik dəstəyin təmin edilməsi də daxildir. EXTRA-MR orta məsafəli döyüş əməliyyatları üçün nəzərdə tutulmuş dəqiq idarəolunan raketdir. Bu raket 80 kilometrədək məsafədə düşmən hədəflərini yüksək dəqiqliklə vurmağa imkan verir. Sistem “Elbit Systems” şirkətinin PULS platformasına və mövcud C4I (komandanlıq, idarəetmə, rabitə, kompüter və kəşfiyyat) arxitekturasına tam uyğunlaşdırılıb. O, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün çevik və iqtisadi baxımdan səmərəli imkanlar yaradır. “Elbit” şirkətinin məsələyə münasibəti əldə edildikdən sonra dərc olunacaq. Münasibətlərdə yenidən canlanma Son dövrlərdə sionist rejimin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan arasında münasibətlər yenidən sürətlə inkişaf edir. “Globes” nəşrinin təxminən bir həftə əvvəl yaydığı məlumata görə, sionist rejimin “Ari Arms” şirkəti Azərbaycanda yeni silah zavodunun açılışını həyata keçirib. Açılış mərasimində Prezident İlham Əliyev və həyat yoldaşı, Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Azərbaycanda bu qəbildən ilk olan tədbirdə “Ari Arms” şirkətinin sahibləri Avixay Stolero, Ravid və Oren Ankonina da daxil olmaqla, müxtəlif yüksəkvəzifəli şəxslər iştirak ediblər. Söhbət Azərbaycan hökumətinə məxsus genişləndirilmiş zavoddan gedir. Bu müəssisə ölkədə Qərb istehsalı olan M4 tipli silahların istehsal edildiyi ilk zavod olacaq. İndiyədək həmin müəssisədə yalnız Kalaşnikov avtomatları istehsal olunurdu. Qərb tipli silahların istehsalı “Ari Arms”, nazir Vüqar Mustafayevin rəhbərlik etdiyi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Azərbaycanın “İqlim Elmi-İstehsalat Müəssisəsi” arasında yaradılmış birgə müəssisə çərçivəsində həyata keçirilir. Azərbaycandakı bu razılaşma beynəlxalq müdafiə bazarında, xüsusilə silah sənayesində yerli istehsalın inkişaf etdirilməsi və xarici asılılığın minimuma endirilməsi tendensiyasını əks etdirir. Buna görə də “Ari Arms” şirkətinin Azərbaycan, Filippin və Albaniya kimi ölkələrlə artıq müqavilələr bağlamasından sonra yekunlaşmaq üzrə olan növbəti razılaşmalarına da yerli istehsalın daxil edilməsi mümkündür. ADEX müdafiə sərgisində nazir Vüqar Mustafayev zavodda istehsal edilmiş ilk M4 prototipini Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova təqdim edib. Mustafayev dövlət başçısına layihənin təfərrüatlarını izah edib və istehsal prosesi barədə məlumat verib. Bu il ADEX sərgisində təkcə “Ari Arms” və sionist rejimin iri müdafiə sənayesi şirkətləri iştirak etməyib. “Aeronautics”, “Plasan”, “UVision”, “Bagira” və “Bird” şirkətləri də sərgiyə qatılıb. Sionist rejimin əhəmiyyətli iştirakının müşahidə olunduğu digər diqqətçəkən şirkət “Ondas” olub. Şirkəti sərgidə hazırda onun prezidenti və idarə heyətinin sədri olan, Mossadın keçmiş rəhbəri Dadi Barnea təmsil edib. Bunlar Azərbaycana tədarük edilən ilk sionist rejim hərbi texnologiyaları deyil. Əvvəlki tədarüklər arasında “Elbit” şirkətinin “Hermes 900” pilotsuz uçuş aparatları, sionist rejim Aerokosmik Sənayesinin “Barak MX” hava hücumundan müdafiə sistemləri, həmçinin “Rafael” şirkətinin dünyada ən çox tələb olunan silah sistemlərindən sayılan “Spike” seriyalı taktiki raketləri də var. Digər müştərilərdən fərqli olaraq, Azərbaycan son illərdə Ermənistanla qarşıdurmalarda bu sistemlərin hamısından real döyüş şəraitində istifadə edib. Mənbə: Globes ✡️ Abunə olun

Views over time

01K2K3K19 Oct 14:1813 Nov 15:492.6K19 Oct 14:18: 0 views13 Nov 15:49: 2,570 views
Snapshots we took after posting.
WhenViews
19 Oct 2026, 14:180
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.