𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.5/day last 15 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍

🇮🇷 Tehran 14 tonluq Amerikanın GBU-57 bombasının hazırlanma texnologiyasını əldə edib Fars agentliyinin SEPAH komandanının müşaviri Məhəmməd Rza Nəqdiyə istinadən verdiyi məlumata görə, ABŞ 12 günlük müharibə zamanı bu bombanı İrana atıb, lakin bomba partlamayıb. Nəqdi bildirib ki, iranlı mütəxəssislər bombanın daxili komponentlərini araşdırıblar. Onun sözlərinə görə, Tehran artıq zəruri texniki bilikləri əldə edib və analoji texnologiyaları tətbiq etmək imkanına malikdir. SEPAH nümayəndəsi xəbərdarlıq edib ki, ABŞ gələcəkdə eyni tipli silahın özünə qarşı tətbiqi ilə üzləşə bilər: “Əgər nə vaxtsa belə bir bombanın zərbəsinə məruz qalsalar, onun hazırlanma texnologiyasını haradan əldə etdiyimizi dəqiq bilsinlər.” Müşavirin sözlərinə görə, hazırda bu cür silaha yalnız iki ölkə — İran və ABŞ malikdir. GBU-57 — ABŞ istehsalı olan, təxminən 13,6 ton ağırlığında bunkerdağıdıcı aviabombadır. O, yerin dərinliyində yerləşən möhkəmləndirilmiş obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.

Views over time

01K2K3K18 Oct 22:0213 Nov 15:493K18 Oct 22:02: 0 views13 Nov 15:49: 2,990 views
Snapshots we took after posting.
WhenViews
18 Oct 2026, 22:020
13 Nov 2026, 15:493K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.