⚡️Kamran Həsənli: “Hicab məsələsinin altından İran çıxdı” – Türkiyədəki etirazçılara da sərt sözlər dedi Kamran Həsənli Azərbaycanda məktəblərdə hicabla bağlı yaranmış mübahisələrə münasibət bildirərək etirazların arxasında İranın dayandığını iddia edib. O, Türkiyədə Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında keçirilən etirazlara da toxunaraq həmin aksiyalarda iştirak edənləri tənqid edib. Həsənli çıxışında deyib: “Türkiyədəkilərə bir daha deyirəm ki, gördünüz buradakı hicab məsələsi və onun altından kim çıxdı? İran çıxdı. Siz çıxmadınız. Gördünüz ki, kim aparır”. O, məktəblərdə vahid geyim qaydalarının tətbiqini müdafiə edərək bildirib: “Məktəb bir ordudur. Orada uniforma olmalıdır və milli ruh olmalıdır. Orduda olduğu kimi, məktəbdə də eyni şey baş verir. Ordu da məktəbdən başlayır. Hər şey oradan başlayır”. Həsənli çıxışında dövlətçilik məsələsinə də xüsusi yer ayırıb: “Ordu qaydası: dövlətə, millətə xidmət edəcəksən. Sənin düşüncən özündə. Buradakı düşüncən millətdir və vətəndir. Öncə vətən”. O, fikirlərini belə tamamlayıb: “Hamısını kənara, dövlət və dövlətçilikdir, baba. Və odur bizim qürurumuz”. #Hicaba_azadlıq #İran #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
79.7/day
last 2 hours ago
Reactions per 1K views
62.4
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 18 Oct 2026, 13:49 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.6K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.