⚡️Livanın paytaxtı Beyrutda Azərbaycanda hicaba dəstək aksiyası keçirilib Livanın paytaxtı Beyrut şəhərində Azərbaycanda hicablı qızların hüquqlarına dəstək məqsədilə həmrəylik aksiyası təşkil olunub. Aksiya İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin Beyrut nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbirdə İmam Mehdi (ə.f) Kəşşaflar Cəmiyyətinin qızlar üzrə rəhbərləri və üzvləri iştirak edərək azərbaycanlı hicablı şagirdlərlə həmrəylik nümayiş etdiriblər. İştirakçılar əllərində müxtəlif plakatlar və Azərbaycan bayrağı tutaraq hicab azadlığının təmin olunmasını tələb ediblər. Aksiya zamanı “Hicab azadlığı!”, “Azərbaycan səslənir!”, “Zülmə və məhrumiyyətə yox!” kimi şüarlar səsləndirilib. Etirazçılar “Hicab haqdır, haqq isə heç vaxt məğlub olmaz!” şüarı ilə hicablı qızların təhsil hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar. Aksiyada nümayiş etdirilən plakatlardan birində Azərbaycan dilində “Azərbaycanın hicablı qadınları mətanət rəmzidir” sözləri yazılıb. Təşkilatın sosial şəbəkə hesabında yayımlanan paylaşımda isə belə bildirilib: “Livandan Azərbaycana! Hicab haqdır və haqq heç vaxt məğlub olmaz!” Beyrutda keçirilən bu həmrəylik aksiyası Azərbaycanda hicab məsələsinin ölkə hüdudlarından kənarda da diqqət və dəstək gördüyünü nümayiş etdirir. #Hicaba_azadlıq #Livan #Azərbaycan Abunə olun🟢Ar-Rad GA
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
79.7/day
last 30 minutes ago
Reactions per 1K views
62.4
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 18 Oct 2026, 05:11 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.6K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.