𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 37 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Türkiyənin Azərbaycandakı səfirliyi Hakan Fidanla bağlı yayılan məqaləyə sərt reaksiya verdi Bu gün (17 oktyabr) başda “Qafqazinfo” olmaqla, bəzi xəbər saytlarında yayımlanan “Hakan Fidanın GYF-dəki görüşünün pərdəarxası” başlıqlı məqalə tamamilə əsassız böhtanlara əsaslanır. Sözügedən yazı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmağı hədəfləyən dairələrin dezinformasiya cəhdindən başqa bir şey deyil. Hörmətli nazirimiz Bakıya səfəri zamanı çoxsaylı şəxslərlə nəzakət məqsədilə xatirə şəkilləri çəkdirib. Onların arasında Azərbaycanda qanuni statusa malik bir təşkilatın üzvləri də olub. Məqalədə nazirimizin gizli görüş keçirdiyi və müxtəlif göstərişlər verdiyi barədə irəli sürülən iddialar qətiyyən həqiqətə uyğun deyil. Məqalədə, həmçinin Türkiyə Böyük Millət Məclisinə göndərildiyi iddia olunan məktuba istinad edilərək reallıqla heç bir əlaqəsi olmayan böhtanlar irəli sürülür. Belə bir məktub mövcud deyil. Məqalədə yer alan “daxili işlərə müdaxilə planları”, “kəşfiyyat əməliyyatları”, “dövlət çevrilişi və xaos planları”, eləcə də “təsir agentlərinin yetişdirilməsi” kimi ifadələr qardaş Azərbaycan xalqını Türkiyəyə qarşı qızışdırmaq məqsədi daşıyan qəsdən uydurulmuş yalanlardan ibarətdir. Azərbaycan və Türkiyə ictimaiyyətinin bu cür alçaq böhtanlara, həqiqətlə heç bir əlaqəsi olmayan və manipulyasiya məqsədi daşıyan iddialara inanmamasının vacibliyini diqqətə çatdırırıq. Mənbə: Türkiyənin Bakıdakı səfirliyi #Hicaba_azadlıq #Türkiyə #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

Views over time

01K2K3K17 Oct 19:4613 Nov 15:492.9K17 Oct 19:46: 0 views13 Nov 15:49: 2,850 views
Snapshots we took after posting.
WhenViews
17 Oct 2026, 19:460
13 Nov 2026, 15:492.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.