⚡️“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir Plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib. Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək. #BƏƏ #Azərbaycan Abunə olun🟢Ar-Rad GA
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
80.1/day
last 25 minutes ago
Reactions per 1K views
62.3
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 16 Oct 2026, 06:30 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.8K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.