🔯 AzTV-nin reportajı Hersoqun Bakıya gəlişi ilə bağlı şübhələri daha da artırdı Azərbaycan Dövlət Televiziyasının (AzTV) sionist rejim Prezidenti İsxak Hersoqun Bakıya səfəri ilə əlaqələndirilən təyyarə reysi barədə reportajı diqqət çəkir. Reportajda təqdim olunan məlumatlar uçuşun vaxtı ilə Hersoqun Bakıya gəlişi arasındakı uyğunluğu gündəmə gətirir. Lakin bu, sionsit rejim Prezidentinin məhz həmin təyyarədə olduğunu AzTV-nin açıq şəkildə təsdiqləməsi demək deyil. Sabah məsələ böyüsə, rahatlıqla deyə bilərlər ki, biz Hersoqun həmin təyyarədə olduğunu söyləməmişik, sadəcə uçuş vaxtlarının üst-üstə düşdüyünü göstərmişik. Amma əsas sual dəyişmir: Türkiyənin sionist rejim təyyarələrinə tətbiq etdiyi hava məkanı qadağası Azərbaycan aviaşirkətinin reysi vasitəsilə dolanılıbmı? Ankara bu uçuşun sərnişinləri barədə əvvəlcədən məlumatlandırılıbmı? Görünən odur ki, Azərbaycan–sionist rejim sımimi münasibətlərində Türkiyəyə qarşı ciddi xəyanətlər yaranıb. İllərlə strateji tərəfdaşlıq kimi təqdim edilən münasibətlərin arxasında hansı siyasi hesablaşmaların dayandığı indi daha açıq müzakirə olunur. ✡️ Abunə olun
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
80.1/day
last 26 minutes ago
Reactions per 1K views
62.3
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 16 Oct 2026, 05:14 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.8K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.