𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.9/day last 52 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from 𝗦𝗛𝗜𝗔𝗧𝗢𝗢𝗡𝗔𝗔

FƏLƏSTİN ALİMLƏR HEYƏTİNİN AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ HİCABIN QADAĞAN EDİLMƏSİ VƏ DİNİ AYİNLƏRİ YERİNƏ YETİRMƏK AZADLIĞINA MÜDAXİLƏ İLƏ BAĞLI BƏYANATI Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam ağamız, Allahın Rəsulu Məhəmmədə, onun pak və müqəddəs Əhli-beytinə və bütün səhabələrinə olsun. Bundan sonra: Fələstin Alimlər Heyəti Azərbaycan Respublikasının dövlət məktəblərində geyimlə bağlı tətbiq edilən yeni tədbirləri, habelə bu tədbirlərin nəticəsində hicablarına bağlı olan müsəlman şagird və müəllimlərin “təhsilin dünyəviliyinin qorunması” adı altında məktəblərə daxil olmaqdan, təhsillərini və işlərini davam etdirməkdən məhrum edilməsini dərin narahatlıq, təəssüf və qəzəblə izləyir. Bu mənzərə müsəlman qadının öz dininə əməl etmək hüququna toxunur və onu təhsil almaq, işləmək hüququ ilə Allaha ibadət olaraq yerinə yetirdiyi şəri hökmə bağlı qalmaq arasında ağrılı seçim qarşısında qoyur. Bununla əlaqədar Fələstin Alimlər Heyəti aşağıdakıları bəyan edir: Birincisi Hicab həddi-büluğa çatmış müsəlman qadın üçün Quran və sünnənin mətnləri ilə sabit olan şəri hökmdür. O, iffətin və İslam kimliyinin aşkar nişanələrindən biridir. Qadına hicabına görə təzyiq göstərilməsi, yaxud hicabına bağlı qaldığı üçün onun təhsil və iş hüququndan məhrum edilməsi dini azadlığına təcavüz və İslamın nişanələrindən birinə müdaxilə deməkdir. Uca Allah buyurur: “Bu belədir. Hər kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz ki, bu, qəlblərin təqvasındandır.” (Həcc surəsi, 32-ci ayə) İkincisi Fələstin Alimlər Heyəti Azərbaycan hakimiyyətini bu tədbirlərə yenidən baxmağa, hicablı şagirdin məktəbə daxil olmasına mane olan və ya müəllimin hicabına görə iş yerini təhlükə altına salan bütün tətbiqlərdən geri çəkilməyə çağırır. Azərbaycan İslam mənsubiyyəti baxımından qədim və köklü tarixə malik bir ölkədir. Onun xalqı öz dini kimliyinin dövlət müəssisələrində qorunduğunu görməyə layiqdir. Üçüncüsü Heyət hicablarına bağlı qalan və onu qoruyan müsəlman şagird və müəllimləri, eləcə də bu hüququ müdafiə edən hər bir mövqeyi alqışlayır. Bir qızın Allaha itaət hesab etdiyi əmələ bağlı qalması, eyni zamanda elmə, uğura və cəmiyyətinə xidmət etməyə çalışması dəstəklənməyə və müdafiə olunmağa layiq bir nümunədir. Dördüncüsü Heyət, həmçinin İslam kimliyinə bağlı olduqlarını və hicabın məktəblərdən uzaqlaşdırılmasını qəbul etmədiklərini bəyan edən Azərbaycan alimlərini, din təbliğatçılarını və xalqını alqışlayır. Onları şagird və müəllimlərin hüquqlarını müdafiə etməyə davam etməyə, eyni zamanda bu məsələnin mahiyyətindən uzaqlaşdıracaq hər cür siyasi istismardan qorumağa çağırır. Çünki məsələnin əsası müsəlman qadının dininə əməl etmək, təhsil almaq və ləyaqətlə yaşamaq hüququdur. Beşincisi Heyət İslam ümmətinin alimlərini, elmi, hüquq müdafiə, qadın və media təşkilatlarını bu məsələyə münasibət bildirməyə, Azərbaycan rəsmilərinə müraciət etməyə və zərər çəkmiş qadınlara hüquqi, insan hüquqları və informasiya sahələrində dəstək göstərməyə çağırır. Bütün bunlar ona görə edilməlidir ki, müsəlman qadının bu ümmətin bir parçası olduğu və onun Rəbbinə ibadət etmək hüququna müdaxilənin bütün müsəlmanları maraqlandıran bir məsələ olduğu aydın şəkildə ifadə edilsin. Altıncısı Müxtəlif yerlərdə müsəlman qadınların başına gələn hadisələr ümmətə onların ləyaqətini və azadlığını qorumaq məsuliyyətini xatırladır. Azərbaycanda məktəbin qapısı qarşısında hicabına bağlı qalaraq dayanan bir qızdan tutmuş, Qəzzada evini, həyat yoldaşını və ya övladlarını itirmiş, müharibənin, mühasirənin və davam edən soyqırımın təsirləri altında yaşayan qadına qədər müsibətlərin formaları müxtəlif, ağırlıq dərəcələri isə fərqlidir. Lakin bütün hallarda vəzifə eynidir: Qadının dini, canı, namusu və ləyaqəti qorunmalı, o, öz ümmətində hüquqlarını müdafiə edən və zülmü ondan uzaqlaşdıran bir dayaq tapmalıdır. FƏLƏSTİN ALİMLƏR HEYƏTİ Hicri: 4 Cəmadiyəl-əvvəl 1448 Miladi: 15 oktyabr 2026-cı il

Views over time

01K2K3K15 Oct 21:0713 Nov 15:492.6K15 Oct 21:07: 0 views13 Nov 15:49: 2,640 views
Snapshots we took after posting.
WhenViews
15 Oct 2026, 21:070
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.