☄️ Reuters agentliyinin İranın Fars körfəzi boyunca həyata keçirdiyi dəqiq zərbələrlə bağlı araşdırma hesabatı Reuters-in vizual araşdırması göstərir ki, İran və müqavimət qüvvələri Fars körfəzi boyunca yerləşən mühüm infrastrukturlara dəqiq və hədəfli zərbələr endirməklə ABŞ-ın hərbi üstünlüyünə baxmayaraq, onun təzyiqlərinə müqavimət göstərə və hətta təşəbbüsü ələ ala biliblər. Hesabata görə, İranın raketləri və pilotsuz uçuş aparatları (PUA) Fars körfəzi ölkələrindəki mühüm infrastruktur obyektlərinə ən azı 135 dəfə zərbə endirib. Bu hücumlar çox vaxt genişmiqyaslı dağıntılara səbəb olub. Lakin Fars körfəzi ölkələrinin hökumətləri bu zərərin ictimaiyyətdən gizli saxlanılmasında maraqlı olublar. Hücuma məruz qalan obyektlər dəfələrlə xüsusi əhəmiyyət daşıyan hədəflər olub. Bu isə ABŞ-ın müharibə planlarına maneələr yaradıb. Reuters-in hesabatında vurğulanır ki, bu hücumların effektivliyi İranın zəiflədiyi barədə təsəvvürləri şübhə altına alır. Hesabat göstərir ki, İran asimmetrik müharibə strategiyası tətbiq etməklə, rəqiblərinin iqtisadi və logistik baxımdan zəif nöqtələrini hədəfə alaraq qüvvələr nisbətindəki fərqi müəyyən dərəcədə tarazlaşdıra bilib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo