☄️Ukraynanın artıq “Patriot” hava hücumundan müdafiə raketləri yoxdur. CNN-ə danışan məlumatlı mənbənin sözlərinə görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri tükənib. Bu isə ölkəni Rusiyanın raket hücumları qarşısında daha da müdafiəsiz vəziyyətə salır. Son hücum zamanı ələkeçirici raketlərin çatışmazlığı səbəbindən ballistik raketlərin demək olar ki, heç biri zərərsizləşdirilməyib. Zelenski “Patriot” sistemləri üçün ələkeçirici raket ehtiyatlarının tükənməsi barədə dəfələrlə xəbərdarlıq etmişdi. Lakin bu raketlər həm bahalıdır, həm də dünya miqyasında qıtlaşıb. Bunun səbəbi İrana qarşı hərbi təcavüzdən sonra digər ölkələrin öz raket ehtiyatlarından istifadə etməsi və hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çalışmasıdır. #Rusiya #Ukrayna Abunə olun 🟢 Ar-Rad İnfo