⚡️Azad seçim, savadlı qadın, güclü cəmiyyət! “Böyüməyə vaxt verin: Azad seçim, savadlı qadın, güclü cəmiyyət!” Çox gözəl şüardır! Bəs bu azad seçim hicab taxmaq istəyən qızlara niyə şamil edilmir? Əgər bir qızın hicabsız məktəbə getməsi azad seçimdirsə, başqa bir qızın hicabla təhsil almaq istəyi niyə problemə çevrilməlidir? Azadlıq yalnız sizin bəyəndiyiniz seçimlərə verilən ad deyil. Həqiqi azadlıq insanın sizin düşüncənizə uyğun gəlməyən seçiminə də hörmət etməkdir. Savadlı qadın yetişdirmək istəyirsinizsə, onun hicabına deyil, təhsilinə diqqət yetirin. Güclü cəmiyyət qurmaq istəyirsinizsə, qızları hicablı və hicabsız deyə ayırmayın. Bir tərəfdən “azad seçim” şüarı səsləndirib, digər tərəfdən hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasına göz yummaq açıq-aşkar ikili standartdır. Unutmayın: Hicab savadsızlıq deyil, hicabsızlıq da savad göstəricisi deyil! Əgər həqiqətən azad seçimə inanırsınızsa, qoyun qızlar öz geyimlərini özləri seçsinlər. Azad seçim hamı üçün olmalıdır, yalnız sizin istədiyiniz kimi geyinənlər üçün yox! #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA