𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 3 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️İran İslam Respublikasının Bakıdakı səfirliyinin APA İnformasiya Agentliyinin xəbərində irəli sürülən iddialarla bağlı mətbuat bəyanatı Hörmətli Vüsalə Mahirqızı, APA İnformasiya Agentliyinin rəhbəri 13 oktyabr 2026-cı il tarixində rəhbərlik etdiyiniz informasiya agentliyində “Azərbaycana qarşı ideoloji təxribatların pərdəarxası: Məktəblərdə geyim məsələsi necə müdaxilə vasitəsinə çevrildi?” başlıqlı materialın dərc olunmasını və həmin materialda İran İslam Respublikası ilə bağlı əsassız iddia və ittihamların irəli sürülməsini nəzərə alaraq, səfirlik etibarsız məlumatların, əsassız iddiaların, təxribat xarakterli və qərəzli fikirlərin yayılmasından təəssüfünü ifadə edir və ictimaiyyəti məlumatlandırmaq, eləcə də prinsipial mövqeyini açıqlamaq məqsədilə aşağıdakıları bəyan edir: – İran İslam Respublikasının prinsipial siyasəti hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluq münasibətlərinə və digər ölkələrin milli suverenliyinə hörmətə əsaslanıb. Azərbaycan Respublikası vətəndaşlarının hər hansı toplantısını, etirazını və ya narazılığını İran İslam Respublikası ilə əlaqələndirmək əsassız və həqiqətdən uzaq iddiadır. – Yanlış məlumatların yayılması və hazırda baş verən hadisələrlə İran İslam Respublikası arasında süni əlaqə yaratmaq cəhdləri yalnız iki ölkənin və müsəlmanların düşmənlərinin maraqlarına xidmət edir. Bu qüvvələr müsəlmanlar arasında parçalanma və ixtilaf yaratmağa, İslam ölkələrini zəiflətməyə çalışırlar. Belə addımlar həmçinin ikitərəfli münasibətlərdə əsassız anlaşılmazlıqların yaranmasına zəmin yaradır. İran İslam Respublikasının Bakıdakı səfirliyi iki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, əsassız iddia və ittihamların irəli sürülməsindən çəkiniləcəyini gözləyir. #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K15 Oct 04:5513 Nov 15:492.8K15 Oct 04:55: 0 views13 Nov 15:49: 2,830 views
Snapshots we took after posting.
WhenViews
15 Oct 2026, 04:550
13 Nov 2026, 15:492.8K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.