𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.9/day last 9 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
edited

❗️❗️❗️ № 02-1/3567 14 oktyabr 2026-cı il Səhiyyə müəssisələrinin rəhbərlərinə (bütün tabe qurumlara) Mövzu: İş yerlərində vahid geyim tələbləri və dini atributların istifadəsi haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində peşə etikası, sanitar-gigiyenik normalar, pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyəti və vahid korporativ standartların təmin edilməsi məqsədilə iş geyimi qaydalarına dair əlavə göstərişlər verilir. Səhiyyə müəssisələrində çalışan tibb və digər heyətin iş prosesində vahid tibbi geyim formalarından (xalat, tibbi dəst və s.) istifadə etməsi zəruridir. İş zamanı geyim formalarının, xalatın, tibbi dəstin və s. görünüşün peşəkar, neytral və vahid standartlara uyğun olması, həmçinin tibbi müəssisənin funksional xüsusiyyətləri və sanitar-gigiyenik tələblər nəzərə alınaraq dini mənsubiyyətə aid atributların, o cümlədən hicabın (baş örtüyü) iş yerlərində istifadəsi məqsədəuyğun hesab edilmir. Bu qərar pasiyentlərə göstərilən tibbi xidmətlərin təhlükəsizliyinin, sanitar-gigiyenik qaydaların və vahid korporativ mədəniyyətin təmin edilməsinə yönəlmişdir. Müvafiq qurum rəhbərləri bu tələblərin icrasına ciddi nəzarət etməli, əməkdaşlar arasında müvafiq izahat işləri aparmalıdır. Qeyd edək ki, bu müddəa Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, eləcə də səhiyyə sahəsində tətbiq edilən daxili normativ aktların tələblərinə uyğun olaraq hazırlanmışdır. Məlumat üçün nəzərə alaq və icrasını təmin edək. Hörmətlə, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K14 Oct 19:2513 Nov 15:492.9K14 Oct 19:25: 0 views13 Nov 15:49: 2,920 views
Snapshots we took after posting.
WhenViews
14 Oct 2026, 19:250
13 Nov 2026, 15:492.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.